Yuxarı
    Bağlamaq

    Azərbaycanda kompensasiya ödənişlərinin məbləği 78% artıb

    Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər azalıb

    Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanda cari ilin iyun ayında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 758 sığorta tələbi üzrə 2,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

    "Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, ümumilikdə yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 11,899 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində isə 6% azalma müşahidə edilib.

    İyunda İSB tərəfindən 7 kompensasiya tələbi üzrə 19,8 min manat, yanvar-iyun ayları ərzində isə 34 kompensasiya tələbi üzrə 130,1 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Bu ilin ilk yarısında həyata keçirilmiş kompensasiya ödənişlərinin məbləği ötən ilin altı ayı ilə müqayisədə 78% çox olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi