Azərbaycanda kompensasiya ödənişlərinin məbləği 78% artıb

Azərbaycanda kompensasiya ödənişlərinin məbləği 78% artıb Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər azalıb
Maliyyə
1 İyul , 2015 14:19
Azərbaycanda kompensasiya ödənişlərinin məbləği 78% artıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanda cari ilin iyun ayında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 758 sığorta tələbi üzrə 2,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, ümumilikdə yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 11,899 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində isə 6% azalma müşahidə edilib.

İyunda İSB tərəfindən 7 kompensasiya tələbi üzrə 19,8 min manat, yanvar-iyun ayları ərzində isə 34 kompensasiya tələbi üzrə 130,1 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Bu ilin ilk yarısında həyata keçirilmiş kompensasiya ödənişlərinin məbləği ötən ilin altı ayı ilə müqayisədə 78% çox olub.

Son xəbərlər

Orphus sistemi