Yuxarı

Azərbaycanda istehlak kreditləşməsindəki azalma davam edir

Daşınmaz əmlaka yönəldilən kreditlərin həcmi isə ilin əvvəlindən 11% artıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanda istehlak kreditləşməsində 2015-ci ilin fevral ayından başlayan azalma iyul ayı ərzində də davam edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, avqustun 1-nə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun 38,5%-i və ya 7 769,9 mln. manatı ev təsərrüfatlarına yönəldilib. Hesabata əsasən, nəticədə, aylıq müqayisədə 1,46% azalma müşahidə olunsa da, kreditlərin həcmi illik müqayisədə 11,22%, ilin əvvəlindən isə 0,5% artıb.

Ev təsərrüfatlarına istiqamətlənən kreditlərin 1 351,5 mln. manatı ipoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına verilib. Bu kreditlərin həcmində aylıq müqayisədə 0,87% azalma, ilin əvvəlindən 10,86%, illik müqayisədə isə 35,20% artım qeydə alınıb.

Qeyd edək ki, cari il avqustun 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşu 20 187,5 mln. manat təşkil edib. Bunun 6,4%-i və ya 1 294,8 mln. manatının ödəniş vaxtı keçib. Beləliklə, cari ilin ötən dövrü ərzində ilk dəfə olaraq iyul ayında problemli kreditlərin cəmi kredit qoyuluşlarındakı xüsusi çəkisində azalma qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi