Azərbaycanda istehlak kreditləşməsindəki azalma davam edir

Azərbaycanda istehlak kreditləşməsindəki azalma davam edir Daşınmaz əmlaka yönəldilən kreditlərin həcmi isə ilin əvvəlindən 11% artıb
Maliyyə
10 Sentyabr , 2015 13:07
Azərbaycanda istehlak kreditləşməsindəki azalma davam edir

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanda istehlak kreditləşməsində 2015-ci ilin fevral ayından başlayan azalma iyul ayı ərzində də davam edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, avqustun 1-nə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun 38,5%-i və ya 7 769,9 mln. manatı ev təsərrüfatlarına yönəldilib. Hesabata əsasən, nəticədə, aylıq müqayisədə 1,46% azalma müşahidə olunsa da, kreditlərin həcmi illik müqayisədə 11,22%, ilin əvvəlindən isə 0,5% artıb.

Ev təsərrüfatlarına istiqamətlənən kreditlərin 1 351,5 mln. manatı ipoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına verilib. Bu kreditlərin həcmində aylıq müqayisədə 0,87% azalma, ilin əvvəlindən 10,86%, illik müqayisədə isə 35,20% artım qeydə alınıb.

Qeyd edək ki, cari il avqustun 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşu 20 187,5 mln. manat təşkil edib. Bunun 6,4%-i və ya 1 294,8 mln. manatının ödəniş vaxtı keçib. Beləliklə, cari ilin ötən dövrü ərzində ilk dəfə olaraq iyul ayında problemli kreditlərin cəmi kredit qoyuluşlarındakı xüsusi çəkisində azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi