Yuxarı
    Bağlamaq

    Azərbaycanda İcbari Tibbi Sığorta Dövlət Agentliyinin maliyyələşməsi 33% azaldılıb

    Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsindən İcbari Tibbi Sığorta Dövlət Agentliyi publik hüquqi şəxsə 16 051,2 min manat həcmində vəsaitin ayrılması planlaşdırılır.

    “Report” bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verir.

    Qeyd edək ki, 2017-ci ildə Agentliyə 24 012,8 min manat ayrılıb. Bu da gələn il Agentlik üçün büdcədə nəzərdə tutulan vəsaitin 2017-ci illə müqayisədə 33% azalması deməkdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi