Azərbaycanda gələn il pensiyaların bütöv məbləği indeksasiya olunacaq

Azərbaycanda gələn il pensiyaların bütöv məbləği indeksasiya olunacaq Deputat: "Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə ehtiyac var"
Maliyyə
8 Dekabr , 2016 12:30
Azərbaycanda gələn il pensiyaların bütöv məbləği indeksasiya olunacaq

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda gələn il üçün nəzərdə tutulan müsbət bir dəyişiklik də pensiyaların təkcə sığorta hissəsinin deyil, bütövklükdə məbləğinin indeksasiyası ilə bağlı olacaq. 

"Report"un verdiyi xəbərə görə, bunu parlamentin bugünkü plenar iclasında MM-in Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib: "Bu da əhəmiyyətli artıma gətirib çıxara bilər".

Onun sözlərinə görə, 2017-ci ildə işsizliyə görə müavinətin artırılacağı da gözlənilir.

H.Rəcəbli bildirib ki, debitor borclar probleminin həlli istiqamətində aparılan işlər yaxşılaşdırılmalıdır: "Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə ehtiyac var".

Son xəbərlər

Orphus sistemi