​Azərbaycanda əksər depozitlərin gəlirliyi aşağı düşüb

​Azərbaycanda əksər depozitlərin gəlirliyi aşağı düşüb Hüquqi şəxslərdən xarici valyutada cəlb olunan depozitlər üzrə orta gəlirlik isə əhəmiyyətli şəkildə artıb
Maliyyə
5 Dekabr , 2014 13:23
​Azərbaycanda əksər depozitlərin gəlirliyi aşağı düşüb
Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bankların manatla cəlb etdiyi depozit və əmanətlər üzrə orta faiz dərəcəsi bu il noybarın 1-nə 8,77%, xarici valyuta ilə yerləşdirilən əmanətlər üzrə isə 8,91% təşkil edib.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, əvvəlki ayla müqayisədə bu göstəricilər müvafiq olaraq 0,08 və 0, 09 faiz bəndi azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstəricilər azalma müvafiq olaraq 0,66 və 0, 99 faiz bəndi olub.

Hesabata əsasən, hüquqi şəxslərdən manatla cəlb olunan depozitlər üzrə orta faiz dərəcəsi əvvəlki ayla eyni səviyyədə qalıb və 5,40% təşkil edib. Xarici valyutada cəlb olunan vəsaitlər üzrə isə aylıq 1,49 faiz bəndi artım müşahidə olunub və noyabrın əvvəlinə 4,76% təşkil edib.

Fiziki şəxslərdən cəlb edilən vəsaitlərə gəldikdə isə azalma həm manat, həm də xarici valyuta üzrə qeydə alınıb. Belə ki, son bir ayda manatla cəlb olunan əmanətlərin orta gəlirliyi 0,02 faiz bəndi azalaraq 9,39%-ə, xarici valyuta üzrə isə azalma 0,05 faiz bəndi olub və orta gəlirlik 9,93%-ə düşüb.

Son xəbərlər

Orphus sistemi