Yuxarı

Azərbaycanda dövlət büdcə sistemi ilə bağlı yeni qanunun qəbulu təklif edilir

Dövlət büdcə sistemi haqqında qanun 14 il öncə qəbul olunub

Bakı. 20 may. REPORT.AZ/ "Son vəziyyəti, dünyada gedən prosesləri nəzərə alaraq dövlət büdcə sistemi haqqında qanunda müəyyən dəyişikliklər etməyə, hətta yeni qanun layihəsinin işlənib hazırlanmasına ehtiyac var". "Report"un verdiyi xəbərə görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında ötən ilin büdcəsinin icrası ilə bağlı aparılan müzakirə zamanı bildirib.

Qeyd olunub ki, "Dövlət büdcə sistemi haqqında" qanun 2002-ci ildə qəbul edilib.

Deputat Əli Məsimli bildirib ki, əlavə gəlir mənbələrinin tapılması istiqamətində müəyyən işlər görülməli, qənaət rejiminə, xərclərin öz təyinatı üzrə istifadəsinə daha ciddi yanşılmalıdır. O, həmçinin kreditləşmə ilə bağlı məsələyə də toxunub: "Bankların kreditlərindən 2 mlrd. manatı normal istifadə olunsa, ölkədə neftdən kənar sahə 1,6 mlrd. deyil, 16 mlrd. manat ola bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi