Azərbaycanda dövlət büdcə sistemi ilə bağlı yeni qanunun qəbulu təklif edilir

Azərbaycanda dövlət büdcə sistemi ilə bağlı yeni qanunun qəbulu təklif edilir "Dövlət büdcə sistemi haqqında" qanun 14 il öncə qəbul olunub
Maliyyə
20 May , 2016 15:53
Azərbaycanda dövlət büdcə sistemi ilə bağlı yeni qanunun qəbulu təklif edilir

Bakı. 20 may. REPORT.AZ/ "Son vəziyyəti, dünyada gedən prosesləri nəzərə alaraq dövlət büdcə sistemi haqqında qanunda müəyyən dəyişikliklər etməyə, hətta yeni qanun layihəsinin işlənib hazırlanmasına ehtiyac var". "Report"un verdiyi xəbərə görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında ötən ilin büdcəsinin icrası ilə bağlı aparılan müzakirə zamanı bildirib.

Qeyd olunub ki, "Dövlət büdcə sistemi haqqında" qanun 2002-ci ildə qəbul edilib.

Deputat Əli Məsimli bildirib ki, əlavə gəlir mənbələrinin tapılması istiqamətində müəyyən işlər görülməli, qənaət rejiminə, xərclərin öz təyinatı üzrə istifadəsinə daha ciddi yanşılmalıdır. O, həmçinin kreditləşmə ilə bağlı məsələyə də toxunub: "Bankların kreditlərindən 2 mlrd. manatı normal istifadə olunsa, ölkədə neftdən kənar sahə 1,6 mlrd. deyil, 16 mlrd. manat ola bilər".

Son xəbərlər

Orphus sistemi