Azərbaycanda beynəlxalq sığorta müqavilələrinin sayı kəskin artıb

Azərbaycanda beynəlxalq sığorta müqavilələrinin sayı kəskin artıb Aprel ayında 387 Yaşıl Kart müqaviləsi bağlanılıb
Maliyyə
2 May , 2016 10:12
Azərbaycanda beynəlxalq sığorta müqavilələrinin sayı kəskin artıb

Bakı. 2 may. REPORT.AZ/ Cari ilin aprel ayında Azərbaycanda Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 387 beynəlxalq sığorta müqaviləsi bağlanılıb. "Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bu müqavilələrdən 324-ü Türkiyə və İrana, 1-i Moldova və Ukraynaya, 62-si isə Sistemə daxil olan digər ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Apreldə beynəlxalq sığorta müqavilələri üzrə sığorta daxilolmaları 81,5 min manat təşkil edib.

Yaşıl Kart üzrə bağlanılan müqavilələrin 161-i minik, 113-ü yük, 106-sı qoşqu, 4-ü avtobus, 3-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub. Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 15 manat, ən yüksək sığorta haqqı 1 200 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Yaşıl Kart sisteminə 2016-cı ilin əvvəlindən qoşulub. Bu ilin yanvar-mart ayları ərzində 324 beynəlxalq sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə sığorta haqlarının məbləği 55,4 min manat olub.

Son xəbərlər

Orphus sistemi