Azərbaycanda bankların ödədiyi əlavə haqların dərəcəsi azaldılır

Azərbaycanda bankların ödədiyi əlavə haqların dərəcəsi azaldılır Sığorta haqlarını vaxtında və ya tam ödəməyən iştirakçı bankın ƏSF-ya ödədiyi dəbbə pulunun hesablanması mexanizmi dəyişdirilir
Maliyyə
19 Yanvar , 2016 10:55
Azərbaycanda bankların ödədiyi əlavə haqların dərəcəsi azaldılır

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda Əmanətlərin Sığortalanmsı Fondunun (ƏSF) iştirakçı banklarının ödədiyi əlavə haqların faiz dərəcəsi dəyişdirilir.  "Report"un verdiyi xəbərə görə, bu barədə "Əmanətlərin sığortalanması haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun layihəsində bildirilir.

İştirakçı bankların ƏSF-ya ödədiyi əlavə haqlar 0,2%-dən 0,1%-ə azaldılır. Belə ki, hazırda kompensasiyaların ödənilməsi üçün Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyir. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,2%-i həcmindən çox olmamaq şərtilə ödənilir.

Dəyişikliyə əsasən, dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5%-i həcmində hesablanır.

Qeyd edək ki, hazırda dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqları Mərkəzi Bankın uçot dərəcəsinin 1/360 hissəsinə hasil edilməklə hesablanır.

Son xəbərlər

Orphus sistemi