Yuxarı
    Bağlamaq

    Azərbaycanda banklar yenidən müştəri cəlbinə başlayıb

    Bankların müştəri bazası bir ayda 24 min nəfərə yaxın artıb

    Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının müştərilərinin ümumi sayı aylıq müqayisədə 23 852 nəfər və ya 0,45% artaraq 2016-cı il dekabrın 1-nə 5 334 084 nəfər təşkil edib.

    "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

    Hesabata əsasən, müştərilərin sayı ilin əvvəlindən 382 301 nəfər və ya 6,7%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 333 303 nəfər və ya 5,8% azalıb. Müştərilərin sayı təxminən indiki həddə sonuncu dəfə 2015-ci ilin mayında olub. Belə ki, 2015-ci il iyunun 1-nə müştərilərin sayı 5 348 165 nəfər, mayın 1-nə 5 273 663 nəfər təşkil edib.

    Dekabrın 1-nə bank müştərilərinin 5 264 468 nəfərini və ya 98,7%-ni fiziki şəxslər, o cümlədən 171 080 nəfərini sahibkarlıqla məşğul olanlar, 1,3%-ni hüquqi şəxslər əhatə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi