Yuxarı
    Bağlamaq

    Azərbaycanda bağlanan bankların qorunan əmanətçilərinə 733 mln. manat kompensasiya ödənilib

    Bank Standardın qorunan əmanətçilərinə 437,35 mln. manatdan artıq kompensasiya verilib və öhdəliyin 99%-i icra olunub

    Bakı. 26 may. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə 733,318 mln. manatdan artıq kompensasiya ödənilib.

    "Report" bu barədə Fonda istinadən xəbər verir.

    Fond tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43,218 mln. manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58,229 mln. manat (80%), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,771 mln. manat (99,9%) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,087 mln. manatdan (98,7%) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 132,305 mln. manatdan artıq kompensasiya ödənilib.

    "Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,35 mln. manat (98,2%), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2,004 mln. manatdan (96%) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16,354 mln. manatdan artıq kompensasiya ödənişi edilib.

    “Bank Standard”ın qorunan əmanətçilərinə 437,346 mln. manatdan artıq kompensasiya verilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,1%-i əmanətçilərə ödənilib.

    “United Credit Bank” ASC-nin qorunan əmanətçilərinə 1,743 mln. manatdan artıq kompensasiya (83%) ödənilib. 

    Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət yanvarın 27-də başa çatıb və bu tarixədək Bankın qorunan əmanətçilərinə 24,161 mln. manat (97%) kompensasiya ödənilib.

    Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 4-də başa çatıb və bu tarixədək “Gəncəbank”ın qorunan əmanətçilərinə 976,44 min manat (94%) kompensasiya ödənilib.

    Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 12-də başa çatıb və həmin vaxta kimi Bankın qorunan əmanətçilərinə 120,433  mln. manatdan artıq (98,2%) kompensasiya verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi