Azərbaycanda aylıq inflyasiya 4%-ə çatıb

Azərbaycanda aylıq inflyasiya 4%-ə çatıb İllik inflyasiya isə 2% olub
Maliyyə
13 Mart , 2015 17:29
Azərbaycanda aylıq inflyasiya 4%-ə çatıb

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanda 2015-ci ilin fevral ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayına nisbətən 4,0%, yanvar-fevral aylarında isə əvvəlki ilin iki ayına nisbətən 2,0% bahalaşıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri yanvar ayına nisbətən 6,6%, ilin əvvəlindən 2014-cü ilin iki ayına nisbətən isə 2,5% artıb. Hesabat aytında qeyri-ərzaq mallarının qiymətləri yanvara nisbətən 3,1%, iki aylıq göstərici isə 1,7% artıb.

Bu ilin fevral ayında əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində yanvar ayına nisbətən 1,2%, 2014-cü ilin yanvar-fevral aylarına nisbətən isə 1,4 faiz bahalaşma qeydə alınıb.

Cari ilin fevralında istehlak qiymətlərinin bazis indeksi yanvara nisbətən 3,9%, əvvəlki ilin yanvar-fevral aylarına nisbətən isə 2,5% artıb. Bazis indeksi dedikdə dövlət tərəfindən tənzimlənən qiymət və tariflər və mövsümi xarakterə malik olan məhsullar istisna olmaqla hesablanan istehlak qiymətləri indeksi nəzərdə tutulur.

Beləliklə, statistikaya əsasən, inflyasiyada kəskin artım qeydə alınıb. Belə ki, 2015-ci ilin yanvar ayında aylıq və illik inflyasiya 0,2% təşkil edib.

Son xəbərlər

Orphus sistemi