Azərbaycanda avtomobillərin icbari sığortası artıb

Azərbaycanda avtomobillərin icbari sığortası artıb Apreldə sığorta haqlarının məbləğində ötən ilin eyni dövrü ilə müqayisədə 17% artım müşahidə olunub
Maliyyə
4 May , 2015 08:20
Azərbaycanda avtomobillərin icbari sığortası artıb

Bakı. 4 may. REPORT.AZ/ Cari ilin aprel ayında Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 106 218 müqavilə bağlanıb.

"Report"un İcbari Sığorta Bürsouna istinadən verdiyi xəbərə görə, bunların 14 310-u xarici ölkədə qeydiyyata alınan və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan müqavilələr təşkil edib.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 7,9 mln. manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 12%, sığorta haqlarının məbləğində isə 17% artım müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi