Bakı. 24 oktyabr. REPORT.AZ/ İndiyə qədər Vergilər Nazirliyi 573 mindən çox “ASAN İmza” sertifikatı verib.
“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi”nində nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, “ASAN İmza”ya maraq getdikcə artır: “Təkcə 2017-ci ildə “ASAN İmza” sertifikatlarının sayı 2016-ci illə müqayisədə 2,6 dəfə çox olub. Bu ilin ilk 9 ayında isə “ASAN İmza” sertifikatlarınn sayı illik müqayisədə 46,3% çox olub”.