Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 46%-dən çox artıb

Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 46%-dən çox artıb Bakı. 24 oktyabr. REPORT.AZ/ İndiyə qədər Vergilər Nazirliyi 573 mindən çox “ASAN İmza” sertifikatı verib.
Maliyyə
24 Oktyabr , 2018 13:03
Azərbaycanda ASAN İmza sertifikatlarının sayı 46%-dən çox artıb
Sputnik
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ İndiyə qədər Vergilər Nazirliyi 573 mindən çox “ASAN İmza” sertifikatı verib.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi”nində nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, “ASAN İmza”ya maraq getdikcə artır: “Təkcə 2017-ci ildə “ASAN İmza” sertifikatlarının sayı 2016-ci illə müqayisədə 2,6 dəfə çox olub. Bu ilin ilk 9 ayında isə “ASAN İmza” sertifikatlarınn sayı illik müqayisədə 46,3% çox olub”. 

Son xəbərlər

Orphus sistemi