Yuxarı

Azərbaycana humanitar yardım artıb

Azərbaycan isə analoji malların ixracını kəskin azaldıb

Bakı. 30 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 14 034,0 min dollarlıq humanitar yük, təmannasız kömək və texniki yardım idxal olunub. 

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici üzrə 71,3% artım qeydə alınıb.

Hesabat dövründə bu məhsulların ixracında isə azalma müşahidə olunub. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azalaraq 54,16 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 31,78% azalaraq 6 381,409 mln. dollara enib. İdxal 18,19% azalaraq 3 331,438 mln. dollar, ixrac 42,26% azalaraq 3 049,971 mln. dollar olub. Ticarət dövriyyəsinin cari ildə 281,466 mln. dollar mənfi saldosu yaranıb. Ötən ilin müvafiq dövründə isə ticarət dövriyyəsində 1 214,481 mln. dollarlıq müsbət saldo müşahidə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi