Yuxarı

​Azərbaycan vergi əməkdaşlarının sosial müdafiəsini gücləndirir

Vergi orqanlarının büdcədənkənar fondunun yaradılmasına yönəldilən vəsaitin həcmi iki dəfə artırılır

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanda vergi orqanlarının büdcədənkənar fondunun yaradılmasına yönələn vəsait iki dəfə artırılır. "Report" bu barədə Vegi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən xəbər verir.

Təklif olunan dəyişikliyə əsasən, vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Düzəliş vergi orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və maddi həvəsləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, hazırda vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25%-i hesabına bu orqanlarının büdcədənkənar fondu yaradılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi