Yuxarı

Azərbaycan Rusiyadan pul köçürmələrinin orta məbləğ həcminin böyüklüyünə görə MDB-də liderdir

Köçürmələrin orta məbləğ həcmi 330 dollardan çox olub

Bakı. 11 iyun. REPORT.AZ/ 2016-cı ilin I rübündə Rusiyadan Azərbaycana pul köçürmələrinin orta məbləğ həcmi 330 dollardan bir qədər yuxarı olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının transsərhəd köçürmələrin həcminə dair yeni hesabatında bildirilir.

Məlumata görə, Azərbaycan orta məbləğ həcminin böyüklüyünə görə MDB ölkələri arasında birinci yerdə qərarlaşıb. MDB-də ən çox pul göndərilən ölkə isə Ukraynadır – 135 milyon dollar.

Hesabata görə, Rusiya sakinləri bu il xaricə daha çox pul göndərməyə başlayıblar. Birinci rübdə onlar xaricə 6,4 milyard dollar pul köçürmə ediblər. Bu göstərici ötən ilin analoji dövründə 5,8 mlrd. dollar təşkil edib. Artım 9 faizə bərabərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi