Azərbaycan Rusiyadan pul köçürmələrinin orta məbləğ həcminin böyüklüyünə görə MDB-də liderdir

Azərbaycan Rusiyadan pul köçürmələrinin orta məbləğ həcminin böyüklüyünə görə MDB-də liderdir Köçürmələrin orta məbləğ həcmi 330 dollardan çox olub
Maliyyə
2154
11 İyun , 2016 18:47
Azərbaycan Rusiyadan pul köçürmələrinin orta məbləğ həcminin böyüklüyünə görə MDB-də liderdir

Bakı. 11 iyun. REPORT.AZ/ 2016-cı ilin I rübündə Rusiyadan Azərbaycana pul köçürmələrinin orta məbləğ həcmi 330 dollardan bir qədər yuxarı olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının transsərhəd köçürmələrin həcminə dair yeni hesabatında bildirilir.

Məlumata görə, Azərbaycan orta məbləğ həcminin böyüklüyünə görə MDB ölkələri arasında birinci yerdə qərarlaşıb. MDB-də ən çox pul göndərilən ölkə isə Ukraynadır – 135 milyon dollar.

Hesabata görə, Rusiya sakinləri bu il xaricə daha çox pul göndərməyə başlayıblar. Birinci rübdə onlar xaricə 6,4 milyard dollar pul köçürmə ediblər. Bu göstərici ötən ilin analoji dövründə 5,8 mlrd. dollar təşkil edib. Artım 9 faizə bərabərdir.

Son xəbərlər

Orphus sistemi