Yuxarı

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 37 mln. dollar azalıb

Son 4 ayda AMB-nin valyuta ehtiyatları üzrə neqativ dinamika müşahidə olunur

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2014-cü il dekabrın 1-nə 14,996 mlrd. ABŞ dolları təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, rəsmi valyuta ehtiyatları noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,25% və ya 37,3 mln. dollar azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 9,1% və ya 1, 253 mlrd. dollar artıb.

Qeyd edək ki, bu ilin əvvəlindən AMB-nin valyuta ehtiyatlarında müşahidə olunan artım avqust ayında azalma ilə əvəzlənib və bu neqativ dinamika son 4 aydır davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi