Yuxarı

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yenidən azalır

Ehtiyatlar may-iyun ayları ərzində 132,3 mln. dollar artsa da, iyulda yenidən azalmağa başlayıb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il avqustun 1-nə 8 501,5 mln. ABŞ dolları təşkil edib. Bu, aylıq müqayisədə 18,7 mln. dollar və ya 0,2%, illik müqayisədə isə 6 691,9 mln. dollar və ya 44% azdır.

AMB-dən "Report"a verilən məlumata görə, bu ilin mayın 1-nə valyuta ehtiyatları minimal səviyyəyə - 8 387,9 mln. dollara qədər gerilədikdən sonra may-iyun ayları ərzində 132,3 mln. dollar artsa da, iyulda yenidən azalıb.

Qeyd edək ki, AMB-nin rəsmi valyuta ehtiyatları 2014-cü il avqustun 1-nə maksimal həddə - 15 193,4 mln. dollara çatıb. Bu tarixdən etibarən dünya bazarında neft ucuzlaşması fonunda valyuta ehtiyatları da azalmağa başlayıb. Neftin qiyməti düşməkdə davam edərsə, AMB-nin rəsmi ehtiyatlarının qarşıdakı aylarda da azalması gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi