AMB "Gəncəbank"dakı əmanətlərlə bağlı sığorta hadisəsini təsdiq edib

AMB "Gəncəbank"dakı əmanətlərlə bağlı sığorta hadisəsini təsdiq edib "Gəncəbank"dakı qorunan əmanətlərə görə kompensasiyaları ödəmək üçün seçilmiş bank-agentlərə 7 təqvim günü ərzində əlavə məlumat veriləcək
Maliyyə
29 Yanvar , 2016 15:02
AMB Gəncəbankdakı əmanətlərlə bağlı sığorta hadisəsini təsdiq edib

Bakı. 29 yanvar. REPORT.AZ/ “Gəncəbank” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib. "Report"un Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən verdiyi xəbərə görə, bununla da sığorta hadisəsinin baş verməsi və “Gəncəbank”ın əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilib.

ƏSF “Gəncəbank”da sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 28 yanvar 2016-cı il tarixi “Gəncəbank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 7 təqvim günü ərzində “Gəncəbank”ın qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş bank-agentlər və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

“Gəncəbank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verilir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Son xəbərlər

Orphus sistemi