Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib Bu gün Bakı Fond Birjasında qurumun diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
20 Sentyabr , 2017 16:01
Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100261S dövlət qeydiyyat nömrəli, 100 mln. manatlıq, 28 gün tədavül müddəti olan diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 17 investor qiyməti 99,2278 manat (10,01%) olan 22 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 380 976 700 manat təşkil edib.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib və notların hamısı yerləşdirilib.

Qiymətli kağızların ödəmə tarixi 18 oktyabr 2017-ci ildir. 

Son xəbərlər

Orphus sistemi