Azərbaycan manatının dövretmə sürəti tarixi maksimal həddə çatıb

Azərbaycan manatının dövretmə sürəti tarixi maksimal həddə çatıb "Report": Qarşıdakı aylarda dövretmə sürətinin azalacağı gözlənilir
Maliyyə
5 Fevral , 2016 16:51
Azərbaycan manatının dövretmə sürəti tarixi maksimal həddə çatıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanda manatın dövretmə sürəti 2016-ci il yanvarın 1-nə 6,31 bənd təşkil edib. Bununla da dövretmə sürəti 2008-ci ildən etibarən maksimal həddə çatıb.

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiyalı ÜDM-in dövriyyədə olan pul kütləsinə nisbətini əks etdirir.

"Report"un analitik qrupu Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, dekabr ayında ölkədə 4%-lik inflyasiya qeydə alınıb: "ÜDM-in artımı və pul kütləsindəki azalma pulun dövretmə sürətini artırıb. Qeyd edək ki, dövriyyədə olan pul kütləsi dekabr ayında 321,3 mln. manat və ya 5,6% azalıb. Növbəti aylarda manatın dövretmə sürətinin azalması ehtimal edilir". 

Son xəbərlər

Orphus sistemi