Azərbaycan maliyyə sisteminin mərkəzləşmiş öhdəlikləri azalıb

Azərbaycan maliyyə sisteminin mərkəzləşmiş öhdəlikləri azalıb Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Mərkəzi Banka (AMB) olan öhdəlikləri 2017-ci il noyabrın 1-nə 6 985,9 mln. manat təşkil edib.
Maliyyə
8 Dekabr , 2017 16:36
Azərbaycan maliyyə sisteminin mərkəzləşmiş öhdəlikləri azalıb
Report

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Mərkəzi Banka (AMB) olan öhdəlikləri 2017-ci il noyabrın 1-nə 6 985,9 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 50,9 mln. manat və ya 0,72% azalıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin bank və BOKT-lara tələbi 521,1 mln. manat və ya 6,94% azalıb.

Xatırladaq ki, bankların AMB qarşısında öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. 

Qeyd edək ki, avqust ayında kommersiya banklarının xarici öhdəlikləri Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin Azərbaycan hökumətinə keçməsi səbəbindən 3,85 mlrd. manata yaxın azalıb.

Son xəbərlər

Orphus sistemi