Azərbaycan iqtisadiyyatı 3,2% azalıb

Azərbaycan iqtisadiyyatı 3,2% azalıb Əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manata bərabər olub
Maliyyə
17 Mart , 2016 17:17
Azərbaycan iqtisadiyyatı 3,2% azalıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 7 888,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2% az ümumi daxili məhsul istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM-in azalmasının əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalındakı geriləmə ilə bağlı olub. 

Əlavə dəyərin 38,1%-i sənaye, 13,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i informasiya və rabitə, 13,6%-i isə digər sahələrdə istehsal edilib. 

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi