Yuxarı

Azərbaycan iqtisadiyyatı 1% azalıb

Azərbaycan iqtisadiyyatı 1% azalıb

ÜDM-in 62%-i iqtisadiyyatın qeyri-neft sahələrində, 38%-i neft-qaz sektorunda istehsal olunub

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda rezidentlər tərəfindən 37 645,4 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0% az ümumi daxili məhsul istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər nəfərinə düşən ÜDM 3 875,6 manata bərabər olub. Bu da illik müqayisədə 2% azalma deməkdir. 

İstehsal olunmuş ÜDM-in 61,8%-i iqtisadiyyatın qeyri-neft sahələrində, 38,2%-i neft-qaz sektorunda istehsal olunub. Qeyri-neft ÜDM-nin istehsalı 2,2% artıb. 

ÜDM-in 41,1%-i sənayedə, 10,6%-i ticarət, nəqliyyat vasitələrini təmiri sahələrində, 8,9%-i tikintidə, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə, 15,6%-i digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,1%-ni təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi