Yuxarı
    Bağlamaq

    Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

    Azərbaycanın maliyyə naziri ABŞ-ın yeni təyin olunmuş səfiri ilə görüşüb

    Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri Samir Şərifov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

    Nazirliyin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, görüşdə ölkəmizin hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə geniş məlumat verən S.Şərifov Azərbaycan ilə Birləşmiş Ştatlar arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

    Səfiri R.Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

    Görüşdə maliyyə, regional əməkdaşlıq, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Nazir Samir Şərifov səfir Robert Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi