Yuxarı

Azərbaycan İpoteka Fondunun daha bir istiqraz emissiyası qeydiyyata alınıb

Ümumi həcmi 50 mln. manat olan istiqrazların gəlirliyi illik 3%-dir

Bakı. 6 yanvar. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun (AİF) təmin edilmiş istiqrazlarının yeni emissiyasının prospekti qeydiyyata alınıb. Bu barədə "Report"a AİF-in mətbuat xidmətindən məlumat verilib.

Ümumi dəyəri 50 mln. manat olan təmin edilmiş, faizli istiqrazın sayı 50 min ədəddir, hər birinin nominal dəyəri isə 1 000 manatdır.

İstiqrazların gəlirliyi illik 3%-dir, istiqrazların tədavül müddəti isə 10 ildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi