Bakı. 6 yanvar. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun (AİF) təmin edilmiş istiqrazlarının yeni emissiyasının prospekti qeydiyyata alınıb. Bu barədə "Report"a AİF-in mətbuat xidmətindən məlumat verilib.
Ümumi dəyəri 50 mln. manat olan təmin edilmiş, faizli istiqrazın sayı 50 min ədəddir, hər birinin nominal dəyəri isə 1 000 manatdır.
İstiqrazların gəlirliyi illik 3%-dir, istiqrazların tədavül müddəti isə 10 ildir.