Yuxarı

​Azərbaycan İpoteka Fondu sığorta şirkətləri üçün tender elan edib

Sığorta şirkətləri tenderdə iştirak etmək üçün 50 manat iştirak haqqı ödəməlidir

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan İpoteka Fondu (AİF) 3 kateqoriya üzrə tender elan edib. Bu barədə "Report"a AİF-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sığorta şirkətləri AİF-in avtomaşınlarının sığortalanması, AİF-in inzibati binasının və inzibati binanın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, eləcə də inzibati binada olan daşınar əmlakın sığortalanması və əməkdaşların tibbi sığortalanması ilə bağlı tenderdə iştirak etmək üçün 50 manat iştirak haqqı ödəməlidir.

Satınalmalar üzrə ilkin sənədlər martın 31-dək, təklif zərfləri aprelin 13-dək təqdim edilməlidir. Təklif zərfləri aprelin 14-də AİF-in Bülbül prospekti, 40 ünvanında yerləşən inzibati binasında açılacaq.

Əlavə məlumat almaq üçün 441-24-23 (daxili 151) nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Nicat Rzayevə (daxili nömrə 151) müraciət etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi