Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirib

Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirib Bakı Fond Birjasında fondun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
29 Sentyabr , 2017 09:40
Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin AZ2021008688 ISIN-li, 25 mln manatlıq, 18 il (6 480 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 001,67 manat olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,2 mln. manat təşkil edib və qiymətli kağızların hamısı yerləşdirilib.

İstiqrazların ödəmə tarixi 6 iyun 2035-ci ildir.

Son xəbərlər

Orphus sistemi