Yuxarı

Azərbaycan Hesablama Palatasına auditor təyinatı olub

Səsvermə nəticəsində Mehriban Əlişanova Azərbaycan Hesablama Palatasının auditoru təyin edilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Mehriban Nadir qızı Əlişanovanın Azərbaycan Hesablama Palatasının auditoru təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb. "Report" xəbər verir ki, səsvermə nəticəsində M.Əlişanova Azərbaycan Hesablama Palatasının auditoru təyin edilib.

Qeyd edək ki, M.Əlişanova bundan öncə də qurumda auditor vəzifəsində çalışıb. Bundan başqa, o, palatanın kollegiyasının üzvüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi