Bakı. 28 noyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Mehriban Nadir qızı Əlişanovanın Azərbaycan Hesablama Palatasının auditoru təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb. "Report" xəbər verir ki, səsvermə nəticəsində M.Əlişanova Azərbaycan Hesablama Palatasının auditoru təyin edilib.
Qeyd edək ki, M.Əlişanova bundan öncə də qurumda auditor vəzifəsində çalışıb. Bundan başqa, o, palatanın kollegiyasının üzvüdür.