Yuxarı
    Bağlamaq

    ​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

    Dövriyyədə olan dövlət istiqrazlarının cari qiymət üzrə həcmi 0,01-0,03% artıb

    Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,03% artaraq noyabr ayının 24-nə 2 661,93 təşkil edib. Ortaölçülü qiymət indeksi 95,07 olub. Noyabrın 24-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,03% artaraq 131 861 881 manat təşkil edib.

    “Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) indeksi 0,01% artaraq noyabr ayının 24-nə 199,94, ortaölçülü qiymət indeksi 99,97 təşkil edib. Noyabrın 24-nə dövriyyədə olan notların cari qiymət üzrə həcmi 0,01% artaraq 9 996 923 manat təşkil edib.

    Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,02% yüksəlib və 873,47-yə bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,18 təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi