Yuxarı
    Bağlamaq

    Azərbaycan dövlət büdcəsinin gömrük rüsumları üzrə daxilolmaları mayda 93% artıb

    Hesabat ayında dövlət büdcəsinin gömrük orqanlarından ümumi daxilolmaları 1,411 mlrd. manat olub

    Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin may ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 1 410,8 mln. manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,248 mln. manat, yaxud 6,18% çoxdur. 

    "Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji 5 aylıq göstəricisi ilə müqayisədə 19,084 mln. manat və yaxud 92,6% artaraq 39,689 mln. manat olub.

    Hesabatda həmçinin bildirilir ki, may ayında ƏDV üzrə daxilolmaların həcmi 13,092 mln. manat və ya 12,42% azalaraq 92,326 mln. manat, aksizlər 1,879 mln. manat, yaxud 30,66% artaraq 8,006 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 0,378 mln. manat və ya 26,52% artaraq 1,801 mln. manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi