Yuxarı

​Azərbaycan büdcə proqnozlarını azaldır

Nazir: Bu il büdcə gəlirlərinin proqnozdan 12%, xərclərin isə 16% az olacağı gözlənilir

Bakı. 7 oktyabr.REPORT.AZ/ Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasının təsdiqlənmiş proqnozdan aşağı olacağı gözlənilir. Cari ilin sonuna büdcə gəlirlərinin proqnozdan 12,1%, xərclərin isə 16% az olacağı proqnozlaşdırılır.

"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin komitələrinin iclasında 2016-cı il üçün büdcə zərfinin layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

Qeyd edək ki, ilkin olaraq 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri isə 21 mlrd. manat həcmində proqnozlaşdırılırdı.

Nazir, həmçinin vurğulayıb ki, 2015-ci ildə Dövlət Neft Fondundan büdcəyə transfert 10,388 mlrd. manat həcmində proqnozlaşdırılsa da, onun icra göstəricisinin 8,130 mlrd. manat həcmində olacağı gözlənilir.

Qeyd edək ki, 2016-cı ildə Neft Fondundan transfertin 6 mlrd. manat olması proqnozlaşdırılır, bu da 2015-ci ilin proqnozundan 42,2% azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi