Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni iri kredit cəlb edib

Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni iri kredit cəlb edib Sindikatlaşdırılmış kredit 200 mln. dollar ekvivalentindədir
Maliyyə
29 Aprel , 2015 11:35
Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni iri kredit cəlb edib
  1. Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ildə ilk dəfə 200 mln. ABŞ dolları ekvivalentində sindikatlaşdırılmış kredit cəlb edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, sindikasiyanın təşkilatçıları qismində "Citibank N.V.", "ING Bank N.V.", "Raiffeisen Bank International AG", "Unicredit Bank Austria AG" çıxış edib.

Əvvəlcədən kredit 125 mln. dollar həcmində planlaşdırılsa da, sonradan sindikasiyaya daha 18 beynəlxalq maliyyə institutlarının qoşulması nəticəsində kreditin həcmi 200 mln. dollara qədər yüksəlib.

Vəsait 365 gün müddətinə cəlb edilib və Azərbaycanda ticarət və korporativ maliyyələşməyə yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi