​Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını yarım milyard manat artıracaq

​Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını yarım milyard manat artıracaq ​Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib
Maliyyə
12 Fevral , 2016 15:40
​Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını yarım milyard manat artıracaq

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılmasıqərara alınıb.

Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihəilə bağlı prosedur məsələyə baxılıb.

Son xəbərlər

Orphus sistemi