Yuxarı

​Azərbaycan Beynəlxalq Bankı dünyanın 1000 ən böyük bankı sırasına yüksəlib

ABB dərəcəli kapitalının artım tempinə görə Mərkəzi və Şərqi Avropa banklarının ilk onluğuna daxil olub

Bakı. 19 iyul. REPORT.AZ/ Böyük Britaniyanın nüfuzlu “The Banker” jurnalının təqdim etdiyi renkinq cədvəlinə görə, Azərbaycan Beynəlxalq Bankı dünyanın ən dayanıqlı 1000 bankı sırasında qərarlaşıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, renkinq cədvəlində Azərbaycan Beynəlxalq Bankı aktivlərinin həcminə, kapitalın adekvatlıq əmsalına, kapitalın və aktivlərin gəlirliliyinə görə Mərkəzi və Şərqi Avropa ölkələrinə aid ən yaxşı bankların ilk 25-liyində təmsil olunur.

Renkinq cədvəlinin şərh hissəsində “TheBanker” jurnalı ölkəmizin bu regional renkinqin TOP-25-də (Rumaniyanın Transilvania Bankı və Bank of Georgia ilə birgə) ilk dəfə nominant olduğunu xüsusi qeyd edir. Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankı I dərəcəli kapitalının artım tempinə görə Mərkəzi və Şərqi Avropa banklarının ilk onluğuna daxil olaraq region üzrə dördüncü yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi