​Azərbaycan Beynəlxalq Bankı 50% endirim təklif edir

​Azərbaycan Beynəlxalq Bankı 50% endirim təklif edir Yeni kampaniya martın 7-dək davam edəcək
Maliyyə
16 Fevral , 2016 18:08
​Azərbaycan Beynəlxalq Bankı 50% endirim təklif edir

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) “İmkanlarınız artır” adlı kampaniyaya start verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, ABB-nin xanım müştəriləri kampaniya dövründə Bankdan ödəniş kartlarını ("Visa Infinite", "WorldElite MasterCard" və "American Express" kartları istisna olmaqla) 50% endirimlə ala biləcəklər. 

Belə bir kampaniyanın keçirilməsində məqsəd müştərilər üçün yeni imkanların yaradılması və müştəri loyallığının artırılmasıdır. Kampaniya martın 7-dək davam edəcək.

"ABB müştərilərinə ödəniş kartlarının müxtəlif çeşidlərini təqdim edir. Bu kartlarla nağdsız ödəniş əməliyyatları aparmaqla yanaşı, müxtəlif elektron bankçılıq xidmətlərindən də faydalanmaq mümkündür. Bankın ödəniş kartlarını filial və şöbələrdə sifariş etmək mümkündür", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi