Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri azalıb Kommersiya banklarının Mərkəzi Banka və xaricə öhdəlikləri azalmağa başlayıb
Maliyyə
7 Noyabr , 2016 13:32
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi 2016-cı il oktyabrın 1-nə 6 358 mln. manat təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 101,6 mln. manat və ya 1,57%, ilin əvvəlinə olan göstərici ilə müqayisədə 1 846,5 mln. manat və ya 22,5% azdır. Bununla yanaşı, keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 72,8 mln. manat və ya 1,16% artıb. 

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin ilin əvvəli ilə müqayisədə azalması AMB-nin kommersiya banklarına tələbinin artması ilə izah olunur: "Yəni, AMB kommersiya banklarına xarici borclarını ödəmək üçün ilin əvvəlindən 1,9 mlrd. manata yaxın vəsait verib. Ümumiyyətlə, bank sektorunun AMB-yə və xaricə öhdəlikləri sentyabr ayında bir qədər azalıb".

Son xəbərlər

Orphus sistemi