Azərbaycan bankları ötən ilin ilk 11 ayını 593 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycan bankları ötən ilin ilk 11 ayını 593 mln. manat xalis mənfəətlə başa vurub Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının faiz gəlirləri 2017-ci ilin yanvar-noyabr aylarında 1 731,8 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 279,5 mln. manat, faiz xərcləri 796,1 mln. manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 349 mln. manat, qeyri-faiz gəlirləri 872,7 mln. manat, qeyri-faiz xərcləri 873,9 mln. manat təşkil edib.
Maliyyə
5 Yanvar , 2018 17:41
Azərbaycan bankları ötən ilin ilk 11 ayını 593 mln. manat xalis mənfəətlə başa vurub

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının faiz gəlirləri 2017-ci ilin yanvar-noyabr aylarında 1 731,8 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 279,5 mln. manat, faiz xərcləri 796,1 mln. manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 349 mln. manat, qeyri-faiz gəlirləri 872,7 mln. manat, qeyri-faiz xərcləri 873,9 mln. manat təşkil edib.

“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 934,5 mln. manat olub. Banklar bunun 316,8 mln. manatını aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına yönəldib, digər mənbələrdən isə 3,5 mln. manat gəlir əldə edib, 28,5 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da, sektorun 11 aylıq xalis mənfəəti 592,7 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi