Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manat pul qoyub - YENİLƏNİB

Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manat pul qoyub - YENİLƏNİB Bunun yarısı yeni proqramların alınmasına sərf olunub
Maliyyə
17 May , 2018 11:45
Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manat pul qoyub - YENİLƏNİB
ABA-nın sədri Zakir Nuriyev / Report/ Firi Salim
0 : 00
0 : 00

İlk xəbər saat 10:07-də verilib

Bakı. 17 may. REPORT.AZ/ "Azərbaycan Banklar Assosiasiyasının (ABA) təqribi hesablamalarına görə, ötən 5 il ərzində Azərbaycanın bank sektorunda maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manatdan artıq vəsait xərclənib. Bu xərclərin təqribən yarısı (48,9%-i) yeni proqram təminatlarının və lisenziyaların alınmasına, 16,4%-i proqram təminatının saxlanılmasına, 16%-i rabitəyə, 15,3%-i server və şəbəkə avadanlıqlarına yönəldilib". 

"Report"un verdiyi xəbərə görə, bunu ABA-nın sədri Zakir Nuriyev deyib. 

"Dünyanın bütün ölkələrində blokçeyn texnologiyalarının zəruri olduğu vurğulanır, lakin kripvalyutalara münasibət birmənalı deyi. Çünki, kripvalyutalar heç bir dövlətə məxsus deyil, buna görə də onun hüquqi nəzarət mexanizmləri mövcud deyil. Kriptovalyuta istifadəçilər üçün rahatdır, lakin dövlətlər üçün problemdir. Bu əməliyyatlardan xidmət haqları tutmaq, bu növ hesabları bloklaşdrmaq və nəzarətə almaq mümkün deyil. Bu gün kripvalyuta bazarı inkişafdadır. O, olduqca sürətlə dəyər qazanmaqla bazar payını artırmaqda davam edir. Lakin gələcəkdə vəziyyətin necə olacağı haqqında fikir söyləmək çox çətindir. Bu gün respublikada kripvalyutalar və onlarla həyata keçirilən əməliyyatlar mövcuddur və bu bir reallıqdır. Biz bu faktı inkar edə bilmərik", - deyə o, qeyd edib. 

Bundan başqa, Z.Nuriyevin sözlərinə görə, bugünki forum məhz maliyyə texnologiyalarında yeni trendlərin peşəkar analizi, mövcud şəraitdə kommersiya banklarına yeni dövr üçün maliyyə texnologiyalarının inkişafında, investisiyalar və informasiya texnologiyaları təhlükəsizliyi üzrə strategiyalarını müəyyənləşdirməkdə dəstək olmaq, dövlət qurumlarının nümayəndələri, müstəqil yerli və beynəlxalq ekspertlərlə birgə aktual məsələləri müzakirə etmək, beynəlxalq təcrübəyə nəzər salmaq və yeni çağırışlara cavab axtarışı məqsədi daşıyır. 

"Ümidvaram ki, bu gün aparılacaq səmərəli müzakirə və fikir mübadilələri bank sektorunda maliyyə texnologiyalarının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli töhfə olacaq", - deyə ABA sədri əlavə edib. 

Son xəbərlər

Orphus sistemi