​“Azər-Türk Bank"a yeni sədr təyin olunub

​“Azər-Türk Bank"a yeni sədr təyin olunub Bundan başqa, bankın yerli struktur bölmələri üzrə də yeni kadr təyinatları olub
Maliyyə
31 Avqust , 2015 15:20
​“Azər-Türk Banka yeni sədr təyin olunub

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün “Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. "Report"un verdiyi xəbərə görə, yığıncaqda “Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Belə ki, bu vəzifəyə 2014-ci il sentyabrın 2-dən İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyən Fərhad Adıgözəlov təyin olunub.

Məlumat üçün bildirilir ki, F.Adıgözəlov 2015-ci il iyulun 22-dən "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Bundan başqa, bankın yerli struktur bölmələri üzrə də yeni kadr təyinatları olub. Belə ki, bankın yeni açılmış “Yasamal” filialına müdir vəzifəsinə Adil Firuddin oğlu Gözəlov təyin olunub, “Gəncə” filialının müdiri vəzifəsinə Anar İsmayıl oğlu Hüseynov təsdiqlənib və “Mərkəz” filialının müdiri vəzifəsinin icrası isə müvəqqəti olaraq müdir müavini Turab Ələmşah oğlu Babayeva həvalə edilib.

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur və dövlətə məxsus səhmlərin saxlayıcısı Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda, Azərbaycan Prezidentinin 7 avqust 2009-cu il tarixli fərmanına uyğun olaraq nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların idarə edilməsində dövlətin adından Maliyyə Nazirliyi iştirak edir.

Son xəbərlər

Orphus sistemi