Yuxarı

Avropa İttifaqında qiymət artımı sürətlənib

Avropa İttifaqında qiymət artımı sürətlənib

2019-cu ilin dekabr ayında Avropa İttifaqında (Aİ) illik inflyasiya noyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi artaraq 1,6%-ə çatıb. 

“Report” bu barədə Avropa Statistika İdarəsinə (Eurostat) istinadən xəbər verir. 

Məlumata görə, avrozonada isə qiymət artımı aylıq müqayisədə 0,3 faiz bəndi çox - 1,3% təşkil edib. 

Aİ-yə üzv olan ölkələr arasında ən yüksək inflyasiya Macarıstanda (4,1%), Rumuniyada (4%), Slovakiya və Çexiyada (3,2%), ən aşağı inflyasiya isə İtaliyada (0,4%) və Portuqaliyada (0,5%) qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi