Avropa İttifaqında qiymət artımı sürətlənib

Avropa İttifaqında qiymət artımı sürətlənib 2019-cu ilin dekabr ayında Avropa İttifaqında (Aİ) illik inflyasiya noyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi artaraq 1,6%-ə çatıb.
Maliyyə
17 Yanvar , 2020 17:14
Avropa İttifaqında qiymət artımı sürətlənib

2019-cu ilin dekabr ayında Avropa İttifaqında (Aİ) illik inflyasiya noyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi artaraq 1,6%-ə çatıb. 

“Report” bu barədə Avropa Statistika İdarəsinə (Eurostat) istinadən xəbər verir. 

Məlumata görə, avrozonada isə qiymət artımı aylıq müqayisədə 0,3 faiz bəndi çox - 1,3% təşkil edib. 

Aİ-yə üzv olan ölkələr arasında ən yüksək inflyasiya Macarıstanda (4,1%), Rumuniyada (4%), Slovakiya və Çexiyada (3,2%), ən aşağı inflyasiya isə İtaliyada (0,4%) və Portuqaliyada (0,5%) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi