Yuxarı

Avqustda Şərqi Avropa-MDB bölgəsində qızıl-valyuta ehtiyatları ən çox Azərbaycanda azalıb

Son bir ildə adambaşına ehtiyatların azalması üzrə də Azərbaycan liderdir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Şərqi Avropa və MDB ölkələri arasında qızıl-valyuta ehtiyatları daha çox azalan ölkə Azərbaycan olub. Baxmayaraq ki, avqust ayında avronun dollarla müqayisədə güclənməsi ehtiyatların artmasına dəstək verib. "Report"un verdiyi xəbərə görə, azalma 1,186 mlrd. dollar və ya 2,7% təşkil edib, adambaşına ehtiyatlar isə 145 dollar azalıb.

Ümumiyyətlə, Azərbaycanın rəsmi qızıl-valyuta ehtiyatları hesabat dövründə bölgədə 5-ci sırada yer alıb və 43,1 mlrd. dollar təşkil edib. Bura Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları aiddir. Adambaşına qızıl-valyuta ehtiyatları isə Azərbaycanda 4 450 dollara bərabərdir və bu göstərici üzrə ölkə Şərqi Avropa və MDB məkanında 3-cü sırada yer alıb.

Bu ilin əvvəlindən Azərbaycan Rusiyadan sonra qızıl-valyuta ehtiyatları ən çox azalanlar sırasında 7,77 mlrd. dollar və ya 15,3%-lə ikinci olub. Adambaşına ehtiyatlarda isə ilin əvvəlindən ən çox azalma Azərbaycanda (- 855 dollar) qeydə alınıb.

Son bir il ərzində Azərbaycanın ehtiyatları 9,5 mlrd. dollar və ya 18,1% azalma ilə ikinci sırada yer alır. İllik müqayisədə adambaşına düşən ehtiyatların azalması üzrə də Azərbaycan (- 1 065 dollar) liderdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi